Məşhur aktyor Ceki Çanın 32 yaşlı oğlu Ceysi Çan azadlığa çıxıb. O, istintaq zamanı həbsdə qaldığı müddətlə birgə altı ay həbs cəzası çəkib.
Oxu.Az xəbər verir ki, Ceysi Çan altı aylıq həbs cəzasına Çin polisinin onun evində axtarış zamanı 100 qram marixuana aşkar etməsindən sonra məhkum edilmişdi. Cavan oğlan qanunsuz narkotik dövriyyəsində ittiham olunmuşdur.
Məhkəmə qərarı yanvarın 9-da çıxarılmışdı. Həbs müddəti ilə yanaşı Çan 322 dollar məbləğində cərimə də ödəməli olub.