Brent markalı neftin aprel fyuçeslərinin bir barelə görə qiyməti 33 dollara yaxınlaşıb.
Bu barədə Oxu.Az ICE London qitələrarası birjasında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 21:20 olan məlumata əsasən, Brent neftinin qiyməti bir barelə görə 32,97 dollara qədər qalxıb.
Texas (WTI) markalı neftin bir bareli 31,87 dollara qədər bahalaşıb.