Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,80% artaraq 47,98 dollar/barelə yüksəlib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,89% bahalaşaraq 46,64 dollar/barelə çatıb.