“Neft Daşları” yatağındakı 2680 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Xatırladaq ki, qazılan quyunun layihə dərinliyi 3400 metrdir. Quyu Neft Daşları NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən həyata keçirilir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 35 ton neft hasil olunacağı nəzərdə tutulur.