“Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, quyu IX horizontdan fontan üsulu ilə sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Gülnarə Zeynalova
www.oxu.az