“Neft Daşları” yatağında 418a nömrəli estakadayanı meydançadan 2610 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyu 1065-1050 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Gülnarə Zeynalova
www.oxu.az