Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a verilən məlumata görə, SOFAZ tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 2,4 mln. dollar məbləğində vəsait 4 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.