Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a bildirilib.
Məlumata görə, Fond tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılıb.
İl ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az