Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) cari ildə valyuta satışını davam etdirir.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
“5 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı vardır. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir”, - deyə Neft Fondundan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az