Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536 milyon 600 min ABŞ dolları məbləğində vəsait satılıb.
Fonddan Oxu.Az-a verilən xəbərə görə, valyuta satışı aylıq müqayisədə 22% artıb.
Belə ki, 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Cari ildə valyuta satışını artıran ARDNF tərəfindən valyuta hərraclarında ilin əvvəlindən 3 milyard 511 min dollar məbləğində xarici valyuta realizə edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyard 940 min manat idi.
Konkret olaraq, 2017-ci ilin iyul ayında fond hərraclarda 253 milyon 200 min ABŞ dolları satmışdı.
L.Ə.
www.oxu.az