2018-ci il yanvarın 1-nə Neft Fondunun aktivləri 35 806,5 milyon dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, aktivlər 2017-ci ilin əvvəli ilə müqayisədə 33 147,0 milyon dollar, 8,02% artıb.
Fonddan bildirilir ki, aktivlərin artımı qurumun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına baş verib.
Qeyd edək ki, aktivlər üzrə fondun gəlirliliyi 2,32% artıb. Qızıl nəzərə alınmadan fondun aktivlərinin gəlirliliyi 1,88% artıb. 2016-cı ildə bu qiymətli metal hesaba alınmadan ARDNF-nin aktivlərinin gəlirliliyi 1,92% olub.
2017-ci ildə Fondun istiqrazlar və pul bazarı alətlərindən gəlirliliyi 0,65%, səhmlərdən 1,01%, daşınmaz əmlakdan 0,22%, qızıldan gəlirliliyi isə 0,44% təşkil edib.
L.Ə.