Bu ilin altı ayında Dövlət Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil edib.
Oxu.Az xəbər verir ki, hesabat dövrünə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22% artaraq, 38 036,1 milyon dollar olub.
Aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd nümayiş etdirib.
Belə ki, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına formalaşıb.
L.Ə.
www.oxu.az