Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) yanvar-fevral ayları ərzində Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb.
Oxu.Az-ın məlumatına görə, APA Neft Fondunun bu gün açıqladığı məlumata istinadən xəbər verir ki, fevralda keçirilən hərraclarda satılan valyutanın həcmi 258,4 mln. dollar təşkil edib.
Bundan öncə açıqlanan məlumata əsasən isə yanvar ayı ərzində Fond valyuta hərraclarının iştirakçılarına 285 mln. dollar satıb.
Rəqəmlərin müqayisəsi göstərir ki, yanvar ayı ilə müqayisədə ötən aykeçirilən valyuta hərraclarında satılan vəsaitin məbləği 9,3% azalıb.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında SOFAZ 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
16:14
Dövlət Neft Fondu (SOFAZ) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
SOFAZ-dan Oxu.Az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 258,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
U.A.
www.oxu.az