2018-ci ilin yanvar-iyun ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 49 valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, dövr ərzində ARDNF-in xarici valyuta satışları 2 milyard 974.4 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında hərraclarda 1 mlrd. 687,6 mln dollar satılmışdı. Bu da hərracda valyuta satışının illik əsasda 76,2% faiz artması deməkdir.