Brent markalı neftin fyuçeslərinin qiyməti, bu gün axşam, dekabrın 11-də, bir barelə görə 38 dollardan da aşağı düşərək, 37,94 dollar təşkil edib.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Qeyd edək ki, bu Brent neftinin 2008-ci ildən qeydə alınan ən aşağı qiymətidir.
20:29
ICE London qitələrarası birjasında Brent markalı neftin yanvar fyuçeslərinin qiyməti 1,9% ucuzlaşaraq bir barelə görə 38,99 dollar təşkil edib. Bununla da 39 dollar nişanı 2008-ci ildən ilk dəfə yenilənib.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Qeyd edək ki, “qara qızıl” OPEK-in dekabrın 4-də neft istehsalatının kvotasını 1,5 milyon barel artıraraq gün ərzində 31,5 milyon barel səviyyəsində müəyyən etdikdən sonra ucuzlaşmağa başlayıb.