Neftin qiyməti uzun müddət davam edən stabillikdən sonra dünən ilk dəfə 60 dollardan aşağı enib.
Oxu.Az xəbər verir ki, neftin qiymətinə İranla “Altılıq” ölkələri (ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya) arasında nüvə proqramına dair görüşlərin keçirilməsi, yunanların əksəriyyətinin iyulun 5-də keçirilən referendum zamanı Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF-nin təqdim etdiyi saziş layihəsinin qəbul edilməsinə “yox” cavabı verməsi və Çin bazarlarında baş verən proseslər təsir göstərib.
Azərbaycan bazarını da yaxından maraqlandıran Brent markalı neftin qiyməti dünən 6% ucuzlaşaraq, 56,38 dollara qədər enib.
İyulun 6-da neftin qiymətinin ucuzlaşması ilə əlaqədar ABŞ Texas markalı neftin satışından təxminən 8% zərər görüb.
Hazırda Brent markalı neftin qiyməti bir barelə görə, 57,12 dollar təşkil edib. Texas markalı neftin qiyməti isə 52,62 dollar səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, amerikalı diplomatlar bildirir ki, İranla “Altılıq” ölkələri arasında keçirilən bugünkü görüşlər iyulun 10-a qədər dondurula bilər.
Ülviyyə R. Əli
www.oxu.az