Dünya bazarlarında neftin qiymətində artım müşahidə olunur.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların son nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin aprel fyuçeslərinin qiyməti 38 dollara qədər bahalaşıb.
Nyu-York birjasında isə WTI neftinin aprel fyuçesləri 35,16 dollara satılıb.