Dünya bazarlarında neftin qiyməti artıq üçüncü həftədir ki bahalaşır.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, saat 18:00-a olan məlumata əsasən, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 2,47% artaraq bir barelə görə 45,64 dollar olub.
WTI markalı neftin iyun fyuçerslərinin qiyməti bu vaxta 2,50% bahalaşaraq bir barelə görə 44,26 dollar təşkil edib.
Həftənin əvvəlindən Brent nefti 5,9 faiz, WTI isə - 9,7 faiz bahalaşıb.