Yanvarın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,21 dollar və ya 0,2% azalaraq 1 barelə görə 93,96 dollar təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, yanvarın 16-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar və ya 0,5% azalaraq 105,75 dollar olub.