Dünya birjalarında neft ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarına WTI neftinin qiyməti 1 barelə görə 0,68 dollar və ya 1,04% azalaraq 64,77 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,05% ucuzlaşaraq 67,86 dollar olub.