ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,59 dollar və ya 1,15% azalaraq 51,33 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrın 7-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar və ya 1,51% ucuzlaşaraq 47,81 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az