Martın 21-də hərracların yekununa görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,58% ucuzlaşaraq 40,96 dollar olub.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,24% azalaraq 38,95 dollar təşkil edib.