Neftin qiymətləri bazarda artıq istehsal təhlükəsi və Yaponiyada zəif iqtisadi artım barədə məlumatların fonunda aşağı düşür.
Oxu.Az xəbər verir ki, Brent markalı neftin qiyməti 0.31% aşağı düşərək, bir barelə görə 61,33 dollar, WTI markalı neftin qiyməti isə 0,21% azalaraq bir barelə görə 52,67 dollar təşkil edir.
Xarici ekspertlərin fikrincə, dünyada neftin qiymətləri yaxın iki ay ərzində aşağı düşməkdə davam edəcək və bir barelə görə dəyəri 40 dollardan aşağı qiymət təşkil edəcək.
www.oxu.az