Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2 milyard 369 milyon ABŞ dolları həcmində vəsait daxil olub.
Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.
Bu məbləğin 2 milyard 305 milyon dolları AÇG-dən mənfəət nefti, 64 milyon dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.
Ümumilikdə isə 2001-ci ildən 2016-cı il iyulun 1-dək Neft Fonduna AÇG-dən 119 milyard 314 milyon dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2 milyard 506 milyon dollar vəsait daxil olub.
Ülviyyə R. Əli
www.oxu.az