London və Nyu-York birjalarında electron hərracların gedişində neftin dünya qiymətləri azalmağa başlayıb.
Oxu.Az xəbər verir ki, hərracların məlumatına görə, Nyu-York Əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti 4,43% - 36,22 dollaradək azalıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 3,45% azalaraq, 39,57 dollara çatıb.
Xatırladaq ki, dünən neftin qiyməti 41 dolları ötmüşdü.
Ülviyyə R. Əli
www.oxu.az