Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında dövlət büdcəsinə 135 178 000 manat vəsait ödəyib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu, ötən ilin sentyabr ayına nisbətən 12,7% çox olub.
Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 185 092 000 manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% çox olub.
Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 14 024 000 manat vəsait köçürüb.
Bu, ötən ilin sentyabr ayına nisbətən 1,8% çox olub. Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 120 112 000 manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1,2% çox olub.