Dünya bazarında neftin qiymətlərində yenidən azalma müşahidə olunur.
Oxu.Az hərracların gedişinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent neftinin mart fyuçeslərinin qiyməti bir barelə görə 0,15% ucuzlaşaraq 34,41 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06% artaraq 31,74 dollar olub.
Ülviyyə R. Əli
www.oxu.az