Dekabrın 8-də neftin qiyməti 40 dollar səviyyəsində olan psixoloji həddən aşağı düşüb.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:20-yə olan məlumata görə, dünya birjalarında WTI markalı neftin qiyməti 0,86 dollar yaxud 2,28% azalaraq, bir barelə görə 36,79 dollara düşüb.
Brent markalı neftin bir çəlləyinin qiyməsi isə 0,79 dollar yaxud 1,94% azalaraq, 39,94 dollar təşkil edib.