“Goldman Sachs Group Inc” hesab edir ki, OPEC qiymətlərin yüksəlməsi üçün neft bazarına sərt şəkildə müdaxilə etməlidir.
Oxu.Az xəbər verir ki, “Goldman”nın 10 iyul tarixinə olan hesabatına əsasən, OPEC qlobal bazardakı təklifi azaltmaq üçün hasilatı daha da azaltmalıdır.
Qurum hesab edir ki, belə bir addım atılmazsa, neft 40 dollardan aşağı düşəcək.
Rusiyanın energetika naziri Aleksandr Novak “CNBC” telekanalına müsahibəsində bildirib ki, dünya bazarında neftə olan tələbat 2017-ci ilin üçüncü rübündə arta bilər. Həmin dövr neftin qiymətləri üçün əhəmiyyətli olacaq.
L.Ə.