Brent markalı neftin sentyabr müddətli qiyməti 7 iyundan bu tərəfə ilk dəfə 50 dolları ötüb.
Oxu.Az xəbər verir ki, ötən həftə ABŞ-da xam neft və benzin ehtiyatları azaldığından qlobal bazarlarda təkliflə bağlı narahatlıqlara səbəb olmuşdu.
Qeyd edək ki, OPEC və üzv olmayan digər ölkələrin St. Peterburqda görüşü gözlənilir. Görüşdə istehsalın məhdudlaşdırılmasının səmərəliliyi və digər məsələlər müzakirə ediləcək.
L.Ə.