Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,92% azalaraq 50,83 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,85% ucuzlaşaraq 48,08 dollar təşkil edib.
Trend-in məlumatına görə isə, mütəxəssilər bildirilər ki, neftin qiyməti martın 8-də ABŞ Energetika Nazirliyi tərəfindən ölkədəki neft resursları barədə hesabat açıqlandığı andan dərhal enməyə başlayıb.
Beləcə 2 gün ərzində, yəni martın 8-dən 10-a qədər Brent markalı neftin qiyməti may tədarükləri üçün 5 dollar ucuzlaşıb.
Qeyd edək ki, neftin qiyməti ötən ilin payızından bu yana ilk dəfə 51 dollardan ucuz olub.
U.A.
www.oxu.az