Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,73% artaraq bir barelə görə 50,83 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,57% bahalaşaraq 47,93 dollara satılıb.
APA-nın məlumatına görə isə, neftin bahalaşmasına ABŞ-da özəl şirkətlərin benzin və xam neft ehtiyatlarının azalması ilə bağlı məlumatları səbəb olub.
U.A.