Bakı vaxtı ilə saat 08:47-ə olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,56 dollar və ya 5,19% bahalaşaraq 31,62 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralın 12-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,36 dollar və ya 5,19% artaraq 27,57 dollar təşkil edib.
Qeyd edək ki, fevralın 11-nə olan hərracların yekunlarına görə isə neftin qiymətində ucuzlaşma müşahidə olunub.
Ülviyyə R. Əli
www.oxu.az