Brent markalı neftin qiyməti ötən ilin dekabr ayından etibarən ilk dəfə olaraq 60 dollar həddini aşıb.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,36 dollar artaraq 60,26 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar azalaraq 51,93 dollar təşkil edib.
Neftin qiymətlərinin artması dünyada neft hasilatı həcminin azaldılması barədə xəbərlərlə əlaqədardır.