Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında 165.0 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.1 faiz çox yük daşınıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-sentyabr ayları ərzində 1.3 milyard nəfər və ya 5.0 faiz çox sərnişin daşınıb.
“Yük daşınması avtomobil nəqliyyatı ilə 2.7 faiz, hava nəqliyyatı ilə 2.5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 5.1 faiz, metro ilə 4.1 faiz artıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az