12-ci “NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirildi.
Oxu.Az-a daxil olan məlumata görə, rəsmi şəraitdə NETTY akademikləri cari ildə 16 nominasiya üzrə ən yaxşı milli veb-resursların və layihələrin adlarını elan etdilər. “NETTY-2016”nın mükafatlandırma mərasiminin rəsmi partnyoru megamart.az internet dükanı oldu.
Ölkənin iri İT-şirkətlərin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak etdilər.
İnternetin tədbirin yekunu üzrə videohesabat və fotoşəkillər www.netty.az saytında və sosial şəbəkədə www.fb.com/NETTYAWARD yerləşdiriləcək.
Bu ilin qalibləri:
1. İdman: www.bakucitycircuit.com
2. Şəxsi səhifə: www.tutudiet.com
3. Əyləncə: www.igo.az
4. Elektron kommersiya: www.arshinmalalan.az
5. Korporativ sayt: www.pashatravel.az
6. Servis-sayt: www.events.az
7. Cəmiyyət: www.asanyouth.az
8. Elm və təhsil: www.mk.musigi-dunya.az
9. İnformasiya və xəbərlər: www.avtostop.tv
10. Mədəniyyət və incəsənət: www.mugamcompetition.az
11. Dövlət saytı: www.metro.gov.az
12. Azərbaycan: www.shahdag.az
13. Şəbəkənin seçimi: www.dns.az
14. Mobil avadanlıqlar üçün ilin proqramı: Toptable
15. İlin İT-hadisəsi: AR Dövlət Gömrük Komitəsinin Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi.
16. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat: “GoldenPay” şirkətinin qurucusu və idarə heyətinin sədri Fərid İsmayılzadə
Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.
Müsabiqənin partnyorları aşağıdakılardır: megamart.az internet dükanı, Tabasko Branding Bureau şirkəti www.facebook.com/tabaskonline. hostinq-provayder SmartHost, KATV1 operatoru, DoctorMap.az layihəsi, BakuTel sərgisi, DeJure.az hüquq portalı. Tədbirə İnformasiya dəstəyini Infocity.az, 1news.az , Disput.az, Oxu.az, Gun.Az göstərir.
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.