Müsabiqənin rəsmi startı cari ilin mart ayına planlaşdırılıb. NETTY mükafatı 2004-cü ildə təsis edilib. NETTY Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarır.
NETTY hər il Azərbaycan veb-resurslarını, aktual İT layihələrini və informasiya texnologiyaları sahəsində aparıcı mütəxəssisləri üzə çıxararaq mükafatlandırır. Müsabiqənin əsas auditoriyası İnternet istifadəçiləridir. Müasir dünyada məhz İnternet istifadəçiləri cəmiyyətin inkişaf tendensiyalarını müəyyənləşdirir, NETTY mükafatının əsas auditoriyası məhz onlardır.
Ənənəvi olaraq müsabiqə çərçivəsində Azərbaycanda ən yaxşı saytlar aşağıdakı nominasiyalar üzrə elan olunacaq:
• Azərbaycan
• Dövlət saytı
• Təhsil və elm
• Mədəniyyət və incəsənət
• Cəmiyyət
• İnformasiya və xəbərlər
• Servis-saytlar
• Korporativ sayt
• Elektron kommersiya sahəsində ən yaxşı layihə
• Əyləncə
• İdman
• Şəxsi sayt
Müsabiqə çərçivəsində “Mobil qurğular üçün ən yaxşı proqramlar”, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”, “İlin İT-hadisəsi” kimi fəxri nominasiyalar üzrə də mükafatlar təqdim edilir. Bu nominasiyalar çərçivəsində qaliblər aşağıdakı istiqamətlər üzrə müəyyən edilir:
• Dövlət hakimiyyəti orqanları və idarələrində ən yaxşı İT-layihə
• Biznes üçün ən yaxşı İT-layihə
• Ən yaxşı ictimai mahiyyətli İT-layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.)
• Azərbaycanın İKT sahəsində inkişafını ölkə hüdudlarından kənarda nümayiş etdirən ən yaxşı İT-qərar
Hər il müsabiqədən kənar əlavə mükafatlar təsis edilir. Bu il ən yaxşı saytların, sosial şəbəkələrin istifadəçilərinin fikrincə, “Sosial şəbəkələrin seçimi” mümkündür.
Müsabiqə nominantlarının müəyyənləşdirilməsi internet istifadəçilərinin və ekspertlərinin seçimi və səsverməsi ilə həyata keçiriləcək. Qaliblərin son seçimi Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu şəxslərindən ibarət NETTY Akademiyası tərəfindən həyata keçirilir.
NETTY ənənəvi olaraq, ilin ən parlaq, qeyri-adi və yadda qalan hadisələrindən olan qaliblərin mükafatlandırma mərasimi ilə başa çatır. Məhz bu tədbirdə NETTY2015-in qaliblərinin adı rəsmi olaraq açıqlanacaq. Qaliblərə təntənəli şəkildə müsabiqənin mükafatı NETTY təqdim edilir. Mükafat dövlət idarələri, iri Azərbaycan və beynəlxalq şirkətləri tərəfindən dəstəklənir. Cari ildə əvvəllər də olduğu kimi müsabiqə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin bir sıra kommersiya şirkətlərinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqəyə dizayn dəstəyini bu il Tabasko Branding Bureau şirkəti göstərib.
Disput.az, Oxu.Az - NETTY2015-in rəsmi informasiya əməkdaşlarıdır.
Mükafatın rəsmi saytları www.netty.az və www.itaward.az-dır.
İştirak, əməkdaşlıq və digər məsələlər üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.