Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qarşıdan gələn bayram günləri ilə əlaqədar bölgələrə səfər edəcək vətəndaşlara müraciət edib.
NİİM-dən Oxu.Az-a bildirilib ki, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şossesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
