NIKOIL | Bank daima əhaliyə ən mükəmməl bank xidmətlərini təklif edir. Bu gün biz, nəinki, sürətli və rahat, hətta daha sərfəli pulköçürmə sistemlərini təklif edirik.
Bu gündən etibarən beynəlxalq pulköçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, NIKOIL | Bank tərəfindən müştəriyə “Bakcell” danışıq dəqiqələri hədiyyə ediləcək.
Müştəri 500-1000 ş.v. məbləği arasında pulköçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pulköçürməsi etdikdə - 20 dəqiqə, 5001-10000 ş.v. məbləği arasında pulköçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pulköçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək.
Hal-hazırda NIKOIL | Bank-da “Zolotaya Korona”, “Contact”, “Caspian Money Transfer”, “Lider”, “Western Union”, “Blizko”, “Monex” və “Forsaj” kimi pulköçürmə sistemləri mövcuddur.
NIKOIL | Bank-da mövcud olan beynəlxalq pulköçürmə sistemləri haqqında məlumatı http://nikoil.az/az/moneytransfer/ səhifəsinə daxil olaraq əldə edə bilərsiniz.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır.
Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.
NIKOIL | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
