NIKOIL | BANK-ın əməkdaşı Həsən Quliyev 5-7 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazandı.
Həmin çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edirdi. 85+ kq çəki kateqoriyasında mübarizə apararaq Həsən İngiltərə, Rumıniya və Bolqarıstan təmsilçiləri üzərində üstünlük əldə etdi. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi oldu.
Xatırladaq ki, Həsən Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli beynəlxalq turnirlərin qalibidir.
Qeyd edək ki, Həsən karate-do üzrə 2-ci dan qara kəmər sahibidir.
“NİKOİL” İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır!
U.A.
www.oxu.az