“Qarant Sığorta Agentliyi”nin keçmiş direktoru Ramin Səmədov NIKOIL | Bankda yeni vəzifəyə gətirilib.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, “Qarant Sığorta Agentliyi”nin keçmiş direktoru Ramin Səmədov NIKOIL | Bankda Biznesin inkişafı üzrə rəhbər postunu tutacaq.
Gündən-günə güclənən NIKOIL | Bank peşəkar kadrları cəlb edərək bazarda əsas oyunçulardan birinə çevrilməyə çalışır.
Qeyd edək ki, R.Səmədov 2010-cu ildən “Qarant Sığorta Agentliyi”ndə çalışıb. O, bundan öncə (2004-2010-cu illərdə) “Bank of Baku”da Satış kanallarının idarə olunması departamentinin direktoru kimi fəaliyyət göstərib.
O, 15 ildən çoxdur ki, maliyyə qurumlarında çalışır. Həm bank, həm də sığorta sektorunda böyük naliyyətlər əldə edib.
NIKOIL | Bank 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bank fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci il tarixində NIKOIL | Bank (11 aprel 2002-ci il tarixli, 203 saylı lisenziya AR MB) adı altında fəaliyyətini davam etdirir.
22 illik fəaliyyəti ərzində NIKOIL | Bank məqsədyönlü şəkildə Azərbaycan əhalisi və iş adamları üçün öz bank xidmətlərini təkmilləşdirir.
Bankın fəaliyyətinin əsas istiqaməti ölkə əhalisi və bir sıra iri şirkət olmaqla yanaşı, kiçik və orta biznesə universal bank xidmətləri göstərməkdən ibarətdir. Bankın filial şəbəkəsi 17 satış nöqtəsindən ibarətdir.
Bank biznes sahəsində qazandığı uğurlarından başqa, özünün aktiv xeyriyyəçilik fəaliyyəti ilə də seçilir.
U.A.
www.oxu.az