2015-ci il oktyabrın 20-də keçiriləcək hərraclarda 1998-ci il istehsalı olan Nissan Maxima 50% endirimlə, yəni 950 manata auksiona çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilib.
Bundan başqa, oktyabrın 20-də keçiriləcək hərracda 1996-ci il istehsalı olan Hyundai H 100-12 25% endirimlə, yəni 1464 manata hərraca çıxarılacaq.
Qeyd edək ki, Nissan Maxima 5-ci dəfədir ki, 50% endirimlə, Hyundai H 100 -12 isə 4-cü dəfədir 25% endirimlə hərraca çıxarılır.
Onu da əlavə edək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan Nissan Maximanın qiyməti 4500 dollar və ya 4716 manatdır.
Məlumat üçün bildirək ki, hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda –AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Ülviyyə R. Əli
www.oxu.az