Nobel prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şosesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqəlidir.
Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Elvin Əhmədov
www.oxu.az