Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, neftin ucuz qiymətlərinə görə Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır.
Oxu.Az xəbər verir ki, Novak Rusiyanın informasiya kanalı Россия-24-ə bildirib ki, Səudiyyə Ərəbistanının bu il neft istehsalını sutkalıq 1,5 milyon barrel artıraraq, neft bazarında sabitliyi pozub.
2016-ci ilin ikinci yarısında neft bazarında tələb və təklif tarazlığının sabitləşəcəyini qeyd edən nazir bununla belə İranın sanksiyaların ləğvindən sonra, neft hasilatını artırmasının da bazara təsirsiz ötüşməyəcəyini deyib.
Ülviyyə R. Əli
www.oxu.az