Yay aylarına qədər Bakıda gedişin ödəmə kartları ilə edilən marşrutların sayı 70-ə çatacaq.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda Azərbaycan Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib.
Onun sözlərinə görə kart ödəmə sistemi bu gün üçün artıq 750 avtobusu əhatə edən 40 marşrut üzrə tətbiq edilir.
Hal-hazırda paytaxtda 2500 avtobus fəaliyyət göstərir.
Həsənovun sözlərinə görə bu günə qədər sərnişinlər tərəfindən ictimai nəqliyyatdan istifadə üçün 10 min kart əldə edilib, onlardan gün ərzində orta hesabla 5 mini istifadə edilir.
“Bununla yanaşı yeni ödəmə sisiteminə olan maraq artmaqda davam edir və yaya qədər daha 30 marşrut üzrə işləyən avtobuslarda kart sistemi tətbiq ediləcək”, - Həsənov qeyd edib.
Onun sözlərinə görə ictimai nəqliyyatda ödəmə sisteminin tətbiqi prosesini 2015-ci ildə paytaxtda keçiriləcək I Avropa Oyunlarına qədər başa çatdırmaq nəzərdə tutulub.
Sistemin tətbiqetmə prosesinin tam başa çatmasına qədər Bakıda avtobuslarda ödəmə iki üsulla – nağd pul vəsaiti və nəqliyyat kartları ilə həyata keçiriləcək.
Kartın qiyməti 3 manatdır, bu məbləğin 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənir. Xüsusi qurğu-verifikatorlar min avtobusda quraşdırılıb.
Bu prepaid-kartları MasterCard bazasında “Bank of Azerbaijan”da emitasiya edilib. Bankdan deyildiyinə görə əvvəllər satışa çıxarılan ictimai nəqliyyatda gediş haqqını ödəmə kartları gələcəkdə tamhüquqlu ödəmə vasitəsi olacaq.