“Ofisait” və “OYAL” brendi bu gündən başlayaraq “Selfi çəkdir, Hədiyyə qazan!” adlı yeni müsabiqəyə start verib.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin şərtləri çox sadədir. Belə ki, iştirakçılar, sadəcə, “Ofisait” mağazalarının qarşısında selfi çəkdirərək öz “Facebook” və “Instagram” profillərində paylaşacaqlar. Qaliblər xüsusi proqram vasitəsilə təsadüfi yolla seçiləcək və müsabiqənin nəticəsi olaraq üç qalib müəyyən ediləcək.
Qaliblərə “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərdən hədiyyələr təqdim olunacaq.
Müsabiqə 19.02.2018-ci il tarixinədək davam edəcək. Qaliblərin siyahısı fevral ayının 20-də “Ofisait”in rəsmi “Facebook” səhifəsi üzrərindən elan ediləcək.
Qeyd edək ki, müsabiqədə “Ofisait” və “OYAL”brendinin əməkdaşları iştirak edə bilməz.
İştirakçılar müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “OYAL” brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda, tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilib.
Müştərilər “Ofisait” mağazalarından “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatlarını, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və digrər məhsulları əldə edə bilərlər.
Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.