Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 17,2 milyon ton yük və 137,6 milyon nəfər sərnişin daşınıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,2%, sərnişin daşınması 4,1% artıb.
Yük daşınması avtomobil nəqliyyatı ilə 2,7%, hava nəqliyyatı ilə 16,4%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8%, metro ilə 5,6%, hava nəqliyyatı ilə 3,0% artıb.