Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanda daşınan əmlakın maliyyələşdirilməsini tətbiq etməyə hazırlaşır.
Oxu.Az Fineko/abc.az-a istinadən bildirir ki, layihə üzrə İFC-nin maliyyə infrastrukturunun möhkəmləndirilməsi üzrə nümayəndəsi (ACAFİ) Teymur Heybətov bəyanat verib.
Onun sözlərinə görə daşınan əmlakın maliyyələşdirilməsi kreditə aktivlərin əsasında yeni yanaşmadır.
“Bank əməliyyatlarının ənənəvi nəticələri çox zaman kiçik və orta müəssisələrə kömək edə bilmir. Bu kiçik müəssisələr çox güman ki, bankın kreditqabiliyyətliliyin dəyərləndirilməsi tələblərinə cavab verəcək qədər yetərli maliyyə informasiyasına və mülkiyyət zəmanətinə malik deyillər. Daşınan əmlakın maliyyələşdirilməsi vurğunu müştəridən aktivlərə keçirərək daha geniş müştərilər diapozonunu dəyərləndirmək imkanı yaradır. Daşınan əmlakın maliyyələşdirilməsi kiçik və orta müəssisələrə dövriyyə kapitalını mənbə kimi götürərək bizneslərini maliyyələşdirmək üçün debitor borc, inventar, maşın avadanlığının və çatdırılma üçün sifarişlər kimi aktivləri istifadə etmək imkanı yaradır”, - Heybətov qeyd edib.
Onun sözlərinə görə belə yanaşmada müştərinin maliyyə potensialı, aktivlərin maliyyə davamlılığından sonra ikinci dərəcəli olur.
“İFC həmçinin təminatlı sazişlərlə bağlı layihənin gedişatı ilə də məşğuldur” – Heybətov deyib.
Bununla əlaqədar İFC bu sistemin iki elementini işləyir – daşınan əmlakın qiymətləndirilməsi və daşınan əmlak əsasında kreditlərin verilməsini.