Cari ilin mayın 1-nə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 20,3 min hektar sahədə dən üçün qarğıdalı, 57,5 min hektar sahədə kartof, 52,5 min hektar sahədə tərəvəz, 14,8 min hektar sahədə pambıq çiyidi, 18,1 min hektar sahədə bostan bitkiləri, 4,6 min hektar sahədə şəkər çuğunduru, 7,2 min hektar sahədə dən üçün günəbaxan və 756 hektar sahədə tütün əkilib.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 144,5 min tona, süd istehsalı 2,1 faiz artaraq 569,8 min tona, yumurta istehsalı 12,3 faiz artaraq 496,6 milyon ədədə çatıb, ötən ildəkindən 11,2 faiz çox və ya 2,7 min ton yun qırxılıb.
Bitkiçilik məhsullarından 46,6 min ton və ya 12,3 faiz çox tərəvəz, 6,0 min ton və ya 15,6 faiz çox kartof istehsal edilib.
Kənd əməkçilərinin səyi nəticəsində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,1 faiz, heyvandarlıq məhsulları istehsalı 3,0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artıb.
Gülnarə Zeynalova
www.oxu.az