Xalq artisti Aygün Kazımova və qızı İlqarə Kazımova birlikdə duet oxuyacaqlar.
Oxu.Az xəbər verir ki, bu haqda ulduzlar ATV-də yayımlanan “Onlar” verilişində söyləyiblər:
Aygün Kazımova:
“İki xanım müğənninin duet oxumasına yaxşı baxıram. Hələ ana-bala olanda lap əla alınır. İllər əvvəl Alla Puqaçova və qızı Kristina Orbakayte birlikdə duet oxumuşdular. Çox maraqla qarşılanmışdı”.
Xalq artisti onun qızı ilə kəllə-kəlləyə gəlmək istəyənlərə də ultimatum göndərib:
“Kimsə cürət edər, kimsə dombalaq aşmaq istəyər, aşmasın!”.
Kazımova hətta qızı üçün İlhamə xanımdan “Star qızı”, “Balaca diva” kimi titullar da istəyib:
“Titulları İlhamə xanım verir. Biz də ondan gözləyirik. Biz söylədik, siz də seçim edin”.
Aytən Sadıqzadə
www.oxu.az